Bakının Binəqədi rayonu bu gün su ilə təmin edilməyəcək

11:35 - 24.10.2017


Azərbaycanın milli su operatoru “Azersu” ASC su təchizatında fasilələrin olacağını elan edib.

ASC-dən verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar, gün ərzində  Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

 

Вся лента