Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunmuşdur

05.06.2018,23:13


5 iyun, Fineko/abc.az.  Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 3-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb. İmtahanda iştirak etmiş bakalavrlar DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=15 keçidinə daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda 8151 bakalavr iştirak edib. 34 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 2 nəfər ən yüksək nəticə ‑138 bal toplayıb. Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 8-dan 18-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Müsabiqə şərtləri ilə buradan tanış ola bilərsiniz.