Azərbaycan neftinin qiyməti endi

11:03 - 6.06.2018


6 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,63 dollar (0,83%) azalıb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 75,71 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin iyul ayının fyuçersinin  qiyməti  keçən ticarətin yekunlarına (65,52 dollar) qarşı  0,37 dollar (0,56%) yüksəlib və hazırda 65,89 dollar/barelə təşkil edir.

Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin iyul fyuçersinin qiyməti keçən ticarətin yekunlarına (75,38 dollar) qarşı  0,57 dollar (0,76%) yüksəlib və hazırda 75,95 dollar / barelə təşkil edir.

“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi hazırda 9,86 dollar / barelə təşkil edir.

 

Вся лента