Hesab.az-dan Ramazan ayına özəl kampaniya

15:53 - 6.06.2018


6 iyun, Fineko/abc.az.  Azərbaycanın ən böyük onlayn xidmətlər platforması Hesab.az istifadəçilərini sevindirməyə davam edir.

Belə ki Ramazan ayı ərəfəsində İmsak vaxtı (saat 00:00-dan 03:00-a qədər) Hesab.az platformasında həyata keçirilən kommunal ödənişlər istifadəçilərə ikiqat bonus qazandıracaq. Hesab.az platformasında mövcud olan “Dərhal Dəyiş” bölməsi topladığınız bonusları müxtəlif hədiyyələrə dəyişməyinizə imkan verir. Burada həmçinin qazandığınız bonusları müxtəlif restoranlarda təqdim olunan iftar süfrəsinə dəyişə bilərsiniz.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı / ödənişi mümkündür.

Hesab.az yaxın vaxtlarda istifadəçilərə yeni saytını təqdim etməyi nəzərdə tutur.

 

Вся лента