“Mastercard” və Azərbaycan Mərkəzi Bankı birgə Naxçıvanda rəqəmsal ödəniş sistemlərinin istifadəsini təşviq edəcək

16:51 - 6.06.2018


6 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan MR-da rəqəmsal ödəniş sistemlərinin istifadəsinin genişləndirilməsi işlərinin başlanacağını elan etdi.

Bankın məlumatında deyilir ki, xidmətlərin genişləndirilməsi layihəsi “Mastercard” ilə birlikdə pilot qaydada həyata keçiriləcək.

“Birgə layihə, istehlakçılar və təsərrüfat subyektləri arasında  rəqəmsal ödəniş sistemlərinin istifadəsini genişləndirmək üçün təşviq kampaniyalarının təşkilini nəzərdə tutur”, - məlumatda belə deyilir.

 

Вся лента