TuranBank yeni vakansiyalar elan edir

11:53 - 2.11.2022


2 noyabr, Fineko/abc.az. “Turan Bank” ASC Daxili Nəzarət Departamenti üzrə vakansiyalar elan edir. 

Vəzifə:  Daxili Nəzarət Departamenti, Kreditlərin monitorinqi şöbəsi, aparıcı mütəxəssis/ baş mütəxəssis/ bölmə rəhbəri

            İşə götürən:    TuranBank ASC     

            Yaş həddi:       24-35

             Əmək haqqı:   1200-1800 AZN

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
  • Bank sahəsi üzrə 3 illik iş təcrübəsi (mikro və biznes kreditləri sahəsi üzrə);
  • Analitik təhlil və düşünmə bacarığı;
  • Komandada işləmək bacarığı
  • Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində biliyə sahib olmalı;
  • Biznes və İstehlak kreditlərinin qiymətləndirilməsi üzrə bacarıqlar;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır;
  • Yüksək ünsiyyət qurma bacarığı;

Vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən təsdiqlənmiş plana uyğun olaraq kredit layihələrinin monitorinqi,
  • Bakı şəhəri və regionlarda yerləşən filiallar tərəfindən verilmiş kreditlər üzrə planlı və növbədənkənar monitorinqlərin aparılması,
  • Kredit portfelinin müxtəlif indiqatorlar üzrə təhlil edilməsi,
  • Girov qismində rəsmiləşdirilən təminatların qiymətləndirilməsi.
  • Monitorinqin nəticələrinə əsasən rəy və hesabatların hazırlanması
  • Aşkarlanmış risk faktorlarının qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi;
  • İş vaxtı: həftə içi 5 gün, 09:00-18:00

Anketlərinizi  [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Kreditlərin monitorinqi şöbəsinin aparıcı mütəxəssis/ baş mütəxəssis/ bölmə rəhbəri” yazmağı unutmayın.      

Вся лента