Access Bank-da kiber cinayətkarlığın qarşısının alınmasına dair müasir həllər təqdim olunub

14:02 - 7.06.2018


7 iyun, Fineko/abc.az.  AccessBank-ın baş ofisində kiber cinayətkarlıq və fırıldaqçılıq hallarının qarşısının alınması və araşdırılmasına dair konfrans keçirilib.

Bir sıra bankların və iri şirkətlərin qatıldığı tədbir Smart ITvə Group-IB şirkətləri tərəfindən keçirilib.

Konfransda kibercinayətkarlıq və fırıldaqçılıq hallarının qarşısının alınması dair müasir həllər təqdim olunub.

Tədbirin iştirakçılarının diqqətinə kibercinayətkarlığa dair statistika çatdırılıb. Bununla yanaşı, təşkilatçılar kibercinayətkarlığa qarşı mübarizə üsullarını praktikada nümayiş etdiriblər. Konfrans zamanı kiber təhlükələr barədə öncədən xəbərdarlıq edən TDS sistemi də təqdim olunub.

Yekunda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Вся лента