AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların nəzərinə!

14:28 - 7.06.2018


7 iyun, Fineko/abc.az.  Bakalavrlar 2018-ci il 7-10 iyun tarixlərində qeydiyyatdan keçə bilərlər. AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və cari ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında iştirak edərək dövlət sifarişi üzrə ixtisaslaşma seçiminə buraxılmaq üçün minimal tələbləri ödəyən bakalavrlar 2018-ci il 7-10 iyun tarixlərində DİM-in saytında qeydiyyatdan, 12-14 iyun tarixlərində isə AMEA-da müsahibədən keçməlidirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır, təhsilalma forması əyanidir. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar və müsabiqə şərtləri haqqında məlumat “Magistr” jurnalının 2018-ci il tarixli 4‑cü sayında “Cədvəl 2”-də (səh. 5-7) verilmişdir.

Вся лента