“TuranBank” yeni vakansiyalar elan edir

17:35 - 11.11.2022


11 noyabr, Fineko/abc.az. “TuranBank” ASC kredit mütəxəssisi üzrə  vakansiyalar elan edir.

İşə götürən:   TuranBank ASC

Vəzifə: Biznes kreditləri üzrə  kiçik mütəxəssis / mütəxəssis / böyük mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis / şöbə müdiri ( Bakı , Sumqayıt şəhərləri və Xaçmaz, Qazax, Tovuz, Zaqatala, Göyçay, Ağstafa rayonları üzrə )

       Vəzifəyə olan tələblər:  

  • 21-35 yaş;
  • Ali təhsil;
  • Azərbaycan dilini bilmək (ingilis və rus dilini bilmək arzu olunandır);
  • Riyazi düşüncə, təhliletmə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlilik və çevik qərar vermə bacarığı;
  • Yüksək ünsiyyət qurma və komandada işləmə bacarığı;
  • MS office proqramlarında işləmək bacarığı;
  • İş təcrübəsi olan və təcrübəsi olmayan namizədlər;
  • Banklarda, bank olmayan kredit təşkilatlarında və lombardlarda işləyən namizədlərə üstünlük verilir;

Vəzifə öhdəlikləri:

  • Yeni müştərilərin cəlb olunması və kredit məhsuları barədə məlumatlandırılma;
  • Kredit müraciətləri ilə bağlı biznes təhlilin aparılması;
  • Biznes təhlilləri ilə bağlı hesabatların hazırlanması və komitəyə təqdim edilməsi;
  • Müştərilərə kredit məhsullarına dair məsləhətlərin verilməsi;
  • Kredit portfelinin formalaşdırılması və idarə olunması;

Anketlərinizi [email protected]  ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə "Biznes kreditləri bölməsinin mütəxəssisi" yazmağı unutmayın.   

Вся лента