Azərbaycanda istifadədə olan proqram təminatlarının 81%-i lisenziyasızdır

15:47 - 7.06.2018


BSA| Biznes Proqram Təminatı Alyansının təqdim etdiyi 2018 Global Proqram Təminatı Piratçılığı üzrə Araşdırmasına uyğun olaraq, Azərbaycanda kiber hücümların riskini azaltmaq və mənfəəti artırmaq məqsədilə şirkətlər (sahibkarlar) öz şəbəkələrində proqram təminatını yoxlamalı ve lisenziyasız proqram təminatının istifadəsini dayandırmalıdırlar.

Bu gün açıqlanan araşdırmanın nəticəsi olaraq, Azərbaycanda kompüterlərdə quraşdırılan proqram təminatlarının 81 faizi lazımi qaydada lisenziyalaşdırılmayıb. Araşdırmaya görə BSA-nın 2016-cı ildə apardığı sorğunun nəticəsi ilə müqayisədə 3 faiz azalma müşahidə olunur.

Bütun dünyada təşkilatlar bizneslərini inkişaf etdirmək, mənfəətlərini artırmaq, yeni bazarlara çıxmaq və rəqabət üstünlüklərini gücləndirmək üçün proqram təminatlarından istifadə edirlər. Lakin, İnformasiya texnologiyaları üzrə məsul məlumat mütəxəssislərinin (Chief Information Officers “CİO”) sorğusunda ətraflı təhlil və təsdiq olunmuş məlumatlara görə lisenziyasız proqram təminatı istifadə edən təşkilatlar böyük təhlükəsizlik təhdidləri ilə qarşılaşmaq riskinə məruz qalırlar.

Lisenziyalaşdırılmamış proqram təminatlarından istifadənin xoşagəlməz nəticələrini daha yaxşı anlamaq üçün BSA  2018 Qlobal Proqram Təminatı Piratçılığı üzrə Araşdırma: PT İdarəçiliyi, Təhlükəsizlik Zəmanəti, Biznəss İmkanı (2018 Global Software Survey: Software Management: Security Imperative, Business Opportunity) adlı sorğunu  təqdim etmişdir. Sorğuda dünyanın 110-dan çox ölkə və regionlarında fərdi kompüterlərdə quraşdırılmış lisenziyasız proqram təminatlarının həcmi və dəyərinin miqdarı müəyyən edilmişdir və istehlakçılardan, işçilərdən və İnformasiya texnologiyaları üzrə məsul məlumat mütəxəssislərindən (CİO) alınan 23,000 yaxın rəylər də öz əksini tapmışdır.

BSA şirkətinin Prezidenti və Baş İcraçı Direktoru Viktoriya Espinel müsahibəsinə görə: “Bütün dünya təşkilatları səmərəli idarə olunan proqram təminatı ilə əldə edilən iqtisadi və təhlükəsizlik imkanlarını qaçırırlar.” "Şirkətlər öz şəbəkələrində proqram təminatlarının qiymətləndirilməsi və idarə olunması üçün proqram aktivlərinin idarəolunma proqramlarını (SAM) yaratmalıdırlar. Bu isə, öz növbəsində , kiber hücumlarla bağlı risklərin azalmasına və gəlirlərin artmasına kömək edir”.

Araşdırmanın əsas nəticələri:

  • Lisenziyasız proqram təminatının istifadəsi cüzi müsbət dəyişikliklər olsa da, hələ də geniş yayılmışdır. Fərdi kompüterlərdə quraşdırılan lisenziyasız proqram təminatları 37 faiz olaraq hələ də həyəcanlı səviyyədə bütün dünyada geniş miqyasda istifadə olunur və bu rəqəm 2016 cı ilə nisbətən cəmi 2 faizlik dərəcə səviyyəsində  azalıb.
  • İnformasiya texnologiyaları üzrə məsul məlumat mütəxəssisləri (CİOs) lisenziyasız proqram təminatlarından istafadənin getdikcə daha da riskli və bahalı olduğunu bəyan edirlər. Lisenziyasız proqram təminatlarının istifadəsindən dəyən zərər bütün dunyadakı şirkətlər üçün $359 milyard məbləğindədir. İnformasiya texnologiyaları üzrə məsul məlumat mütəxəssisləri bildirirlər ki, proqram təminatlarının tam şəkildə lisenziyalaşdırılmasında əsas məqsəd təhlükəsizliyə xələl gətirəcək zərərli proqramlardan qorunmaqla bağlıdır.
  • Proqram təminatlarının standartlara uyğunluğunun təkmilləşdirilməsi artıq bir təhlükəsizlik zərurətidir ki, bu da əlavə iqtisadi imkanlar yaradır. Şirkətlər proqram təminatlarından istifadənin idarəçiliyini gücləndirmək məqsədi ilə praqmatik addımlar atmaqla mənfəətlərində 11 faiz artım əldə etmiş olarlar.
  • Təşkilatlar proqram təminatlarından istifadənin idarəçiliyini təkmilləşdirilməsi məqsədi ilə geniş addımlar ata bilərlər. Araşdırlmalar nəticəsində məlum olmuşdur ki, təşkilatlar etibarlı proqram təminatı aktivlərinin idarəçiliyi ilə (SAM) bağlı proqramları və proqram təminatı lisenziyalarının səmərəli idarə olunmasına dair müvafiq proqramdan istifadə etməklə proqram təminatları ilə bağlı xərclərində illik 30 faizə qədər qənaət edə bilərlər.

Dərin təhlil və araşdırma məqsədi ilə aparılmış sorğu göstərir ki, şirkətlər, proqram təminatı idarəçiliyin təkmilləşdirilməsi, bununla mənfəətin çoxalması, risklərin azaldılması və fürsətlərin artırılması üçün proqram təminatı aktivlərinin idarəçiliyi ilə (SAM) bağlı proqramlar da daxil olmaqla, ciddi tədbirlər görə bilərlər.

Sorğunun nəticələri ilə və hər bir ölkəyə aid spesifik məlumatlarla yaxından tanış olmaq üçün bu sayta  daxil olun: www.bsa.org/globalstudy.

BSA haqqında məlumat:

BSA | Proqram Təminatı Alyansı (www.bsa.org) qlobal proqram təminatı sənayesinin maraqlarını hökumətlər qarşısında və beynəlxalq bazarlarda qoruyan qabaqcıl bir təşkilatdır. Onun üzvləri, iqtisadiyyatı inkişaf etdirən və müasir həyatı təkmilləşdirən proqram təminatı həllərini yaradan dünyanın ən innovativ şirkətlərindəndir. Vaşinqtonda yerləşən mərkəzi qərargahı və 60-dan çox ölkədə fəaliyyət göstərən BSA, hüquqi proqram təminatlarının inkişafına kömək edən və texnologiya yeniliyinə və rəqəmsal iqtisadiyyatda inkişafın genişlənməsinə xidmət edən dövlət siyasətlərini dəstəkləyən proqramların hazırlanmasına köməklik göstərir. BSA burada izləyin @BSAnews.

 

Вся лента