Xalq Bank kartları ilə hava limanları daha rahatdır

15:55 - 7.06.2018


ASC “Xalq” Bankı Visa kart sahibi olan müştərilərinə Lounge Key xidmətini təqdim edir. Xidmət, bankın Visa Platinum kartlarının sahiblərinə dünyanın bir çox hava limanlarında yüksək komfortlu zallardan istifadə etmək imkanı verir. Əvvəllər anoloji xidmətdən istifadə etmək üçün illik ödənişi olan əlavə kart sifariş etmək lazım idi. Xidmət bilavasitə karta bağlıdır və Xalq Bankın Visa Platinum kartı biznes-zallara anında girişi təmin edir (qeydiyyatsız).

Lounge Key proqramı Bakı daxil olmaqla dünyanın bir çox şəhərlərinin hava limanlarında olan 850 biznes-lounge zallarından yararlanmaq imkanı verən xidmətdir. Proqram aviaşirkətindən və biletinin sinfindən asılı olmayaraq müştərinin yüksək komfort  və rahat şəraitli məkanla təmin edir. Hava limanlarının biznes-zallarını https://www.loungekey.com/visacisseeloungeprogram saytı vasitəsi ilə tapmaq olar.

Lounge Key xidmətindən istifadə etmək üçün dəyəri 27 dollar təşkil edən xidmət haqqını hava limanında Visa Platinum kartından ödəmək kifayətdir. Kart sahibi dəyərini ödəməklə Lounge Key zonasına öz qonağını da dəvət edə bilər.

Visa İnternational ödəniş sisteminin kartlarını Bankın istənilən filialında pulsuz əldə etmək olar. Visa kart əməliyyatlarının təhlükəsizliyi ən müasir güvənlik sistemləri ilə təmin edilir.

Xalq Bankın kartları haqda ətraflı məlumatı www.xalqbank.az saytında və ya 138 Məlumat Mərkəzinə zəng edib əldə etmək olar.

 

Вся лента