Ürək xəstəlikləri haqqında doğru bildiyimiz yalnışlar

16:31 - 7.06.2018


7 iyun, Fineko/abc.az.  Dünyada ölümə səbəb olan xəstəliklər arasında əsas yerlərdən biri ürək-damar xəstəlikləri tutur. Ürək xəstəliklərinə səbəb alkoqol, siqaret çəkmək, oturaq həyat tərzi, qeyri-rasional qidalanma və artıq çəkidir. Bir çox insanlar ürək xəstəlikləri haqqında yalnış təsəvvürlərə malikdirlər.

Onlardan ən geniş yayılanları aşağıdakılardır:

1. Ürək xəstəlikləri yalnız yaşlılarda yaranır.

XEYR! Pis vərdişlər və düzgün qidalanmamaq gənc və orta yaşlarda da ürək-damar xəstəliklərinə səbəb ola bilər. Ateroskleroz uşaq və yeniyetməlik dövründə yaranmağa başlaya bilir. Dövrümüzdə gənclər arasında ikinci tip diabet geniş yayılmışdır və son illərdə uşaqlar arasında da yayılmağa başlayıb. Ürək xəstəliklərinə ən böyük risk qrupuna isə diabet xəstələri düşür. Bu səbəbdən infarkt və insult 30 yaşadək gənclərdə belə müşahidə olunur.

2. Ürək damar xəstəlikləri daha çox kişilərdə rast gəlinir.

XEYR!! Dünya statistikasına görə son 20 ildə  ürək damar xəstəlikləri qadınlarda da ölümün əsas səbəblərindəndir. Yaş artıqca qadınlar və kişilər arasında yayılma ehtimalı eynidir.

3. Təzyiqin qalxdığı mütləq hiss olunur.

 XEYR! Hipertoniya xəstələrinin təxminən 1/3-i xəstəliyinin fərqində olmur və yalnız ağırlaşmalar dövründə həkimə müraciət edirlər. Hər il dünyada 7.5 mln insan hipertoniyanın fəsadlarından dünyasını dəyişir.

4. İnfarktın əsas əlaməti sinədə güclü ağrının olmasıdır.

XEYR! Ağrı ürək nahiyyəsində olmaya da bilər. Çiyin, kürək, sol qol nahiyyəsində ağrı, bəzən ürəkbulanma, qusma, təngnəfəslik də infarktın əlaməti ola bilər. Bəzən isə İnfarkt heç bir əlamət olmadan baş verə bilər. Həçinin, döş qəfəsində ağrı çox səbəbdən yarana bilər, tək infarktda olmur.

5. Əgər valideynlər ürək xəstəsidirsə övlad da mütləq elə olacaq, bu qaçınılmazdır.

Əslində tam olaraq elə deyil!!! Düzdür, bir çox xəstəlikərdə olduğu kimi, ürək xəstəliklərində də ailəvi anamnez böyük əhəmiyyət kəsb edir. Lakin bu o demək deyil ki, mütləq belə olmalıdır. Sadəcə belə şəxslər yüksək risk qrupuna daxildirlər.Pis vərdişlərdən uzaq durmaqla, sağlam həyat tərzi və düzgün qidalanmaqla bu riski xeyli azaltmaq mümkündür. İdman və balanslaşdırılmış qidalanma ürək və damarlarınızın sağlamlığını qoruya bilər.

 

Вся лента