Füzuli, Zəngilan hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz - Zahid Oruc

12:33 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi deputat Zahid Oruc AZAL-ın dövlətə borcundan danışıb.

ABC.AZ xəbər verir ki, o Auditdən sitat gətirib:

"Kovidlə bağlı dövlətin göstərdiyi yardımın 35,3 milyon manatı əvvəlki illərin öhdəlikləri, kapital qoyuluşları, qeyri-kommersiya xarakterli, lüzumsuz ödənişlər və cərimələr, qabaqcadan təsdiqlənən bölgüyə aid olmayan istiqamətlərə xərclənib.

Bank kreditləri və digər borclanmalar 2022-ci il yanvarın 1-nə 2,1 milyard təşkil edir və nəinki likvidliyə, eləcə də dövlət büdcəsinə əsaslı təhdiddir.

Beləliklə, alternativ beynəlxalq uçuşlar həyata keçirən şirkətlərin olmadığı bir məkanda vətəndaş təkcə bir istiqamətə-Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçur. Ona görə də Füzuli, Zəngilan və gələcək Laçın hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz”, - deyə Zahid Oruc vurğulayıb.

 

Вся лента