"Azsığorta" ASC-nin nizamnamə 6 milyon manatdan çox azaldılıb

10:52 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. "Azsığorta" ASC-nin nizamnamə kapitalı 6 milyon 293 min manat və ya 31% azaldılıb.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

""Azsığorta" ASC-nin nizamnamə kapitalı 20 300 000 manatdan 14 007 000 manatadək azaldılmışdır. Hər bir səhmin nominal dəyəri 203 000 manat olmaqla cəmi 69 səhm mövcuddur", - şirkətin məlumatında bildirilir.

"Azsığorta" ASC-nin nizamnamə kapitalı 100% Hikmət İsmayılova məxsusdur.

 

Вся лента