Son 10 ayda idxalı artan və azalan məişət məhsulları - Siyahı

11:38 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin müvafiq dövründə mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 41,8 faiz artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə məişət soyuducuları 38 faiz, paltaryuyan maşınların idxalı isə 28,2 faiz azalıb.

Cari ilin doqquz ayında hesablama maşınları, blok və qurğularının idxalında isə 24,9 faiz azalma müşahidə olunub.

Qeyd edək ki, idxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

 

Вся лента