Bakıda "qara cümə" fırıldağı - İnsanlar belə aldadılır

10:14 - 21.11.2022


21 noyabr, Fineko/abc.az. 25 noyabr dünyada və Azərbaycanda “Black Friday”, yəni “Qara cümə” endirim festivalı kimi qeyd olunur. “Black Friday” ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan Şükranlıq bayramından sonrakı cüməyə verilən qeyri-rəsmi addır.

ABC.AZ xəbər verir ki, 1952-ci ildən həmin günü Yeni il üçün alış-veriş mövsümünün başlanğıcı olaraq qəbul edirlər. Lakin bu günə "Black Friday” adı ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən qoyulub. Səbəb kimi həmin gün Filadelfiyada alış-verişə görə nəqliyyatda yaranan tıxaclar və digər çətinliklər göstərilib. "Qara cümə", əsasən, 1970-1990-cı illərdə ticarət mərkəzləri böyüyərkən populyarlaşıb. 1975-ci ildən Filadelfiyanın hüdudlarını aşıb. "Qara cümə" son illər Azərbaycanda da reallaşdırılır. Həmin gün mağazalarda, alış-veriş mərkəzlərində, restoranlarda endirim kampaniyaları olur. Bəzən isə hətta 50-70 faiz endirimlərin ediləcəyi barədə elanları da görmək mümkündür. Bəs əslində, bu endirimlər realdırmı?  

Azərbaycanda 20-30, maksimum 40 faizlik endirimlər ola bilər 

Kaspi.az-ın yazdığına görə, marketoloq Seymur Quliyev bildirdi ki, digər ölkələrdə 70-80-90 faizlik böyük endirimlər, həqiqətən də, olur, lakin Azərbaycanda belə deyil: “Azərbaycandakı “Qara cümə”də 20-30, maksimum 40 faizlik endirimlər ola bilər. Lakin 70-80-90 faizlik endirimlərin mümkün olmasını düşünmürəm. Çünki bizim ölkədə satılan idxal malları, əsasən, başqa ölkələrdən gətirilir, yerli istehsal deyil. Burada gömrük rüsumu, daşınma xərcləri, icarə qiymətlərinin yüksək olması, işçi xərcləri və s. var. Bu da məhsulların qiymətinin yüksək olmasına gətirib çıxarır. Ona görə Azərbaycanda qiymətləri süni şəkildə qaldırıb, daha sonra əvvəlki qiymətinə endirib, fürsət adı ilə müştərilərə təqdim edirlər”.

 

Вся лента