9 ayda əməliyyat gəlirləri 150 milyon manatdan çox olab Banklar - Siyahı

10:49 - 21.11.2022


21 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat gəlirləri 150 milyon manatdan çox olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Kapital Bank” (732 milyon 820 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (535 milyon 932 min manat), “PAŞA Bank” (367 milyon 823 min manat) və  “Unibank” (162 milyon 841 min manat) ASC-lərdir.

Qalan 22 bankdan 2-də əməliyyat gəlirləri 100-150 milyon manat arasında, 18 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan az olub.

Вся лента