Bakının mənzil bazarında durğunluqdu - Rieltorlar

10:56 - 21.11.2022


21 noyabr, Fineko/abc.az. Bakının mənzil bazarında vəziyyət ötən aylarla müqayisə durğunlaşıb.

ABC.AZ xəbər verir ki, bunu rieltorlar bildirib.

Onların sözlərinə görə, həm sentyabr, həm də oktyabrla müqayisədə noyabrda ev alqı-satqısı zəifləyib.

Rieltorlar bunun səbəbini belə izah edir:

"Birincisi sentyabrda Rusiyadan Azərbaycana gələnlər həddən çox idi. Gələnlərin əksəriyyəti burda ev almağa çalışırdı, eləsi də vardı ki, Bakıda mənzil alıb, yenidən Rusiyaya qayıdırdılar. Bunun da səbəbi odur ki, Rusiyada pul hər ötən gün dəyərdən düşür. Ordakı soydaşlarımız da pullarını Bakıda daşınmaz əmlaka yatırırlar. Bu, əslində ağıllı yatırımdır. Amma, bir tərəfdən də Bakıda mənzil bazarında qiymətlərin anidən bahalaşdıran addım idi. Hazırda isə Rusiyadan Bakıya gələn əvvəlki qədər çox deyil. O cümlədən burda ev almaq istəyənlər də azalıb. Ona görə də hazırda mənzil bazarında durğunluq yaşanır".

Müəllif: Elmir Murad

Вся лента