Kirayə mənzil bazarında vəziyyət necədir?

11:24 - 21.11.2022


21 noyabr, Fineko/abc.az. Mənzil bazarında ötən iki ayla (sentyabr-oktyabr) müqayisədə kirayə evlərə tələbat azalıb.

Bunu ABC.AZ-a rieltorlar deyib.

Onlar hesab edir ki, bunun əsas səbəbi tələbələrin artıq yerbəyer edilməsi və qiymətlərin də həddən artıq baha olmasıdır:

"Tələbələr əsasən sentyabrın əvvəlində gəlir, evləri tuturlar. Ev tapa bilməyən tələbələr də məcburən Bakıdakı yaxınları, tanışlarında qalmağa məcbur olurlar. Amma, Bakıya işləməyə gələn ailələr də var ki, qiymət baha olduğu üçün yenidən rayonuna, kəndinə qayıdır. Qiymətlərin bahalığına görə, biz də evini kirayə verənlə qalmaq istəyən arasında razılaşma əldə edə bilmirik. Artıq Bakıda kirayə qalmağın baha olduğunu bilənlər paytaxta heç gəlmək də istəmir. Bu halda tələb də azalır və durğunluq yaranır".

Müəllif: Elmir Murad

Вся лента