Azərbaycanda daha bir bank elektron hökumət sisteminə qoşuldu

15:47 - 24.10.2017


Azərbaycanın kommersiya bankı “AFB Bank” elektron hökumət sisteminə qoşuldu.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyildiyi kimi, bank, kredit əməliyyatları üzrə  elektron arayışların verilməsi zamanı sistemdən istifadə edə biləcək.

“Elektron hökumət sisteminə bu günə kimi 25-dən çox bank və kredit təşkilatı qoşulub”, - məlumatda belə deyilir.

 

Вся лента