“PAŞA Sığorta” regional sığorta şirkəti statusu almaq niyyətindədir

16:07 - 8.06.2018


8 iyun, Fineko/abc.az. Azərbaycanın sığorta şirkəti “Paşa Sığorta” regional səviyyədə öz fəaliyyətini genişləndirmək niyyətindədir.

“PAŞA Sığorta”nın  idarə heyətinin sədri Ülviyyə Cabbarova bildirib ki, bu gün şirkət ilk beynəlxalq sığorta (tibbi) məhsulunu təqdim edib.

“Gələcəkdə şirkət beynəlxalq məhsullar xəttini genişləndirmək və fəaliyyətini regional səviyyədə davam etdirməyi planlaşdırır. Paşa Sığorta ölkənin sığorta bazarında liderdir və  bizi üzərinə əlavə bir məsuliyyət qoyur ki, bu da bazarın bütövlükdə inkişafının təmin edilməsi, əhalinin məlumatlandırılması və beynəlxalq səviyyəyə çatdırılması üçün tədbirlərin görülməsini nəzərdə tutur”, - deyə Ü.Cabbarova bildirib.

Onun sözlərinə görə, “PAŞA Sığorta” əməliyyat planını hər üç ildə bir dəfə yeniləyir və ötən ilin sonunda 2020-ci ilədək beynəlxalq məhsulların inkişafını və regional şirkətin yaradılması ilə bağlı yeni üç illik əməliyyat planını təsdiqləyib.

“PAŞA Sığorta” bazarda öz mövqeyini nəzərə alaraq, əsasən beynəlxalq və regional səviyyəyə çıxmaqdan maksimum mənfəət əldə etməyi məqsəd qoymur, şirkətin əsas məqsədi regionda peşəkar və innovativ şirkət olmaqdır”, - Ü.Cabbarova bildirib.

 

 

Вся лента