Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəsifəsinə təkrar seçilib

16:19 - 8.06.2018


8 iyun, Fineko/abc.az. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçkilərin nəticəsi açıqlandı.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib.

Səsvermədə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Akademik Akif Əlizadə 66 həqiqi üzvün səsini alaraq, növbəti beş il müddətinə yenidən AMEA-nın prezidenti seçilib.

 

Вся лента