AMB bazar ertəsi günü depozit hərracında 350 milyon manat cəlb etməyi planlaşdırır

16:31 - 8.06.2018


8 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı haqqında elan edib.

AMB-dan verilən məlumata görə, hərrac 11 iyun 2018-ci il tarixində  “Bloomberg” ticarət platformasında keçiriləcək.

“Hərrac vasitəsi ilə, 01% – 10,99% dərəcə olmaqla 350 milyon manat cəlb etmək planlaşdırılır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - məlumatda belə deyilir.

ABM depozit hərraclarını 13 iyun 2016-cı il tarixindən keçirir.

 

Вся лента