Azərbaycanda açıq bankçılıq modelinin tətbiqi buna səbəb ola bilər

16:04 - 24.11.2022


24 noyabr, Fineko/abc.az. Azərbaycanda açıq bankçılıq modelinin tətbiqi müştərilər üçün maliyyə məhsullarının və xidmətlərinin əlçatanlığının artırılması ilə yanaşı müxtəlif xidmət haqlarının azaldılmasına səbəb olacaq.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin layihə rəhbəri Sahib Həsənov VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

“Açıq bankçılıq üçüncü tərəflərlə inteqrasiya xərclərinin azaldılması, rəqəmsal maliyyə sisteminin yaradılması və inkişaf olunması, yeni məlumat kanallarının yaranması, həmçinin, texnoloji cəhətdən inkişaf etmiş şirkətlərlə əməkdaşlıq kimi faydaları olacaq. Beləliklə şəxsi məlumatların və maliyyə məhsullarının idarəetmə imkanları genişlənəcək, bütün maliyyə məlumatlarının "bir pəncərə" rejimində idarə olunması imkanı yaranacaq”, - S. Həsənov deyib.

Вся лента