“WhatsApp Web”ə iki yeni funksiya əlavə olunub

16:27 - 24.11.2022


24 noyabr, Fineko/abc.az. “WhatsApp” uzun müddətdir ki, masaüstü versiyasını (“WhatsApp Web”) istifadəçilərinə təqdim edir. Bununla belə, bütün mobil funksiyalar masaüstü versiyada mövcud deyil.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu vəziyyət getdikcə artan “WhatsApp Web” istifadəçilərinin tətbiqdən istifadə zamanı qeyri-kafi təcrübə yaşamasına səbəb olur.

Bunu azaltmaq üçün “WhatsApp Web”ə yeni funksiyalar gətirilib.

“WhatsApp” zəng tarixçəsinin masaüstü versiyada görünməsi üçün yeni zənglər nişanı əlavə edir. “WhatsApp” masaüstü üçün zənglər nişanı sayəsində əvvəlki söhbətlər görünəcək, zənglər proqramın yan panelindəki söhbətlər və status nişanının ortasında olacaq.

Bundan əlavə, “WhatsApp Web” üçün məxfilik sahəsində daha bir yenilik sınaqdan keçirilməyə başlanıb. Yeni funksiya ekran kilidi kimi görünür. Beləliklə, “WhatsApp Web” istifadəçiləri proqrama daxil olmaq üçün şifrə təyin edə biləcək və xidmətdən daha təhlükəsiz istifadə edə biləcək.

Вся лента