Azərbaycanda faiz xərcləri azalan Banklar – Siyahı

17:20 - 25.11.2022


25 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “PAŞA Bank”, “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “Premium Bank” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma Pakistan bankında (100%), ən az azalma isə “PAŞA Bank”da (1,2%) qeydə alınıb.

Qalan 19 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (73,6%), ən aşağı dinamika isə “Bank Avrasiya” ASC-də (1,7%) qeydə alınıb.

Вся лента