Azərbaycanda faiz xərcləri artan 4 Bank - Siyahı

17:30 - 25.11.2022


25 noyabr, Fineko/abc.az. 4 bankın 9 aylıq faiz xərcləri 40 milyon manatdan çoxdur.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri 40 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (61 milyon 405 min manat) və “Azərbaycan Beynəlxalq Bankı” (59 milyon 131 min manat) ASC-lər, “Access Bank” QSC (41 milyon 107 min manat) və “Unibank” (40 milyon 922 min manat) ASC-dir.

Qalan 22 bankdan 9-da faiz xərcləri 10-40 milyon manat arasında, 13 bankda isə 10 milyon manatdan az olub.

Вся лента