Neft ucuzlaşır, Brent bir barel üçün $81,24 təşkil edir

09:36 - 28.11.2022


28 noyabr, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda neftin etalon markalarının  qiyməti aşağı düşür.

London ICE Futures birjasında Brent neftinin yanvar fyuçerslərinin dəyəri saat 9:25-də  $2,39 (2,86%) azalaraq bir barel üçün $81,24-a düşüb. Noyabrın 25-də keçirilən hərracların nəticələrinə görə, bu müqavilələr $1,71 (2,00%), bir barel üçün $83,63-a qədər ucuzlaşıb.

Saat 9:25-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti $2.31 (3,03%) azalaraq bir barel üçün $73,97-a düşüb. Noyabrın 25-də keçirilən hərracların nəticələrinə görə, bu müqavilələrin dəyəri $1,80 (2,31%), bir barelə $76,28-a düşdü.

Ötən həftənin nəticələrinə görə, Brent 4,55%, WTI isə 4,78% ucuzlaşıb.

Вся лента