Banklararası valyuta bazarında əməliyyatların həcmi artıb ya azalıb?

11:18 - 28.11.2022


28 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Mərkəzi Bankın Pul Siyasəti icmalında qeyd edilib.

ABC.AZ-ın məlumatına görə, hesabat dövründə banklararası valyuta bazarında (BVB) əməliyyatların həcmi 6,6 milyard ABŞ dolları ekvivalentində olmaqla ötən ilin eyni dövrünə nəzərən 19,9 faiz artıb.

Bu seqmentdə əməliyyatların 99,1 faizi ABŞ dollarında aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 15,7 milyard dollar ekvivalentində olub ki, bu da ötən ilin eyni dövrünə nəzərən 14,8 faiz çoxdur.

Əməliyyatların 78,3 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 46,9 faiz artaraq 3,9 milyard ABŞ dolları ekvivalentində olub.

Bunun 87,2 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

I rübdə baş verən yüksək satışlar hesabına nağd xarici valyutanın xalis satışı 9 ayda ötən ilin müvafiq dövrünə nəzərən 48,1 faiz artıb.

Bununla belə, aprel ayından başlayaraq vəziyyət dəyişib və banklar tərəfindən xarici valyutanın alışı satışı üstələyib.

Вся лента