Strateji ehtiyatlar manatla pul kütləsini 3,4 dəfə üstələyib – Mərkəzi Bank

11:59 - 28.11.2022


28 noyabr, Fineko/abc.az. Bu ilin sentyabr ayının 30-na ölkənin strateji valyuta ehtiyatları 35 aylıq mal və xidmət idxalına kifayət edib (2022-ci ilin I yarımili üzrə mal və xidmət idxalı götürülməklə).

ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında qeyd edilib.

Vurğulanıb ki, strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,4 dəfə üstələyib (oktyabrın 1-nə olan M2 pul aqreqatı götürülməklə).

 

Вся лента