9 ayda Azərbaycandan bu ölkəyə 129 milyon 992,37 min dollarlıq pomidor ixrac edilib

14:41 - 28.11.2022


28 noyabr, Fineko/abc.az. Azərbaycan 2022-ci ilin yanvar-sentyabr aylarında 112,354 min ton pomidor ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,7% azdır.

ABC.AZ İnterfaks-a xəbər verir ki, ixrac edilmiş pomidorun ümumi dəyəri $134 milyon 279,33 min (artım 4.7%) təşkil edir.

Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. “Yanvar-sentyabr aylarında Rusiyaya $129 milyon 992,37 min dəyərində 109,573 min ton pomidor (bütün ixracın 97,5%-i – İF) ixrac olunub. 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə RF-yə pomidor ixracı miqdar ifadəsində 4,3% azalıb, dəyər ifadəsində 3% artıb”, - mənbə bildirib.

Azərbaycan 2021-ci ildə $160 milyon 228,84 min dəyərində 145,216 min ton pomidor ixrac edib və əsas idxalçı Rusiya olub. Ötən il bu ölkəyə $157 milyon 558,92 min dəyərində 140,110 min ton pomidor ixrac olunub.

Вся лента