Son 10 ayda Azərbaycanda minik avtomobili istehsalı 264 ədəd azalıb – Hesabat

28.11.2022,15:21


28 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında ölkədə 1634 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 264 ədəd az minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 441,2 milyon manatlıq məhsul istehsal edilib.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 81,7 faiz, maşın və avadanlıqların istehsalı 45 faiz artıb.