Neft bahalaşır, Brent bir barel üçün $85,31 təşkil edir

09:35 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda neftin etalon markalırının qiyməti artır.

London ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin dəyəri saat 9:22-də $2,12 (2,55%) artaraq bir barelə $85,31-a çatdı. Noyabrın 28-də keçirilən ticarətin sonunda Brent markalı neftin yanvar fyuçersləri $0,44 (0,53%) azalaraq bir barel üçün $83,19-a enib.

Saat 9: 23-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində  WTI neftinin yanvar fyuçerslərinin qiyməti $1,66 (2,15%) artaraq bir barelə $78,90-aa yüksəldi. 28 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin dəyəri $0,96 (1,26%) artaraq bir barel üçün $77,24-a yüksəldi.


Вся лента