Bakıda orta aylıq əmək haqqı 3 manat azalıb

14:06 - 30.11.2022


30 noyabr, Fineko/abc.az. Azərbaycan paytaxtında orta aylıq əmək haqqının həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı şəhər Statistika idarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, yanvar-sentyabr aylarında Bakıda muzdla (əmək müqaviləsi ilə) işləyənlərin orta aylıq nominal əməkhaqqı 1065,5 manat təşkil edib. Bu bir il əvvələ - 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,5 faiz artıqdır.

Bununla yanaşı, bir ay əvvəllə müqayisədə Bakıda orta aylıq əmək haqqı 3,2 manat azalıb.

Belə ki, yanvar-avqust aylarının yekununda paytaxtda orta aylıq əmək haqqı 1068,7 manat olmuşdu.

 

Вся лента