Avropa İttifaqı resurslardan optimal istifadə olunmasında Azərbaycanın Vergiləri Nazirliyinə kömək edəcək

16:58 - 24.10.2017


Avropa İttifaqı Azərbaycanda növbəti Tvinninq layihəsinin gerçəkləşdirilməsinə start verir. 

Aİ-nın Azərbaycan nümayəndəliyinin məlumatında deyildiyi kimi, Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək” adlı Tvinninq layihəsinin təqdimat mərasimi sabah keçiriləcək.

Məlumatda deyilir: “Layihənin hədəfi xidmətlərə olan tələbatın müəyyən edilməsi və idarə edilməsi və davamlı inkişafın həyata keçirilməsi ilə bağlı Avropa İttifaqının ən qabaqcıl təcrübələrini tətbiq etməkdən ibarətdir.

Layihənin icra müddəti 2017-ci ilin Mart ayından başlayaraq 27 aydır.Tvinninq layihəsi Avropa İttifaqına Üzv Dövlətlərin təşkilatları, o cümlədən İspaniyanın Vergi Agentliyi (AEAT) və Fransanın Dövlət Maliyyə Baş Direktoratlığının (DGFiP) konsorsiumu tərəfindən Benefisiar qurum olan Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəkdir. Layihənin logistikası FIIAPP (İspaniya) tərəfindən təmin ediləcəkdir”.

 

Вся лента