Rusiyadan pul köçürmələrinin azalması Azərbaycana da təsri edəcək - BVF

15:01 - 1.12.2022


1 dekabr, Fineko/abc.az. Rusiyadan pul köçürmələrinin azalması və yaşayış dəyərinin artması regionda əlavə bir milyon insanı yoxsulluğa sürükləyə bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun “Rusiyanın Ukraynadakı müharibəsi Qafqazda, Orta Asiyada yoxsulluğu artıra bilər” adlı hesabatında bildirilir.

Hesabatda deyilir ki, Qafqazda və Mərkəzi Asiyada yoxsulluğun azaldılması, Rusiyanın Ukraynadakı müharibəsi və pandemiya ilə əlaqədar işlərdə fasilələr və yoxsul insanlara ən çox təsir edən gəlir itkisinin üstünə gələn yaşayış dəyəri böhranı səbəbindən dayana bilər.

Вся лента