Neft fərqli yöndə dəyişir, Brent bir barel üçün $87.00 təşkil edir

09:30 - 2.12.2022


2 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri Cümə günü təkliflərdə fərqli olaraq dəyişir.

Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin dəyəri saat 9:10-da $0,12  (0,14%) artaraq bir barel üçün $87,00-a çatıb. Dekabrın 1 - də Brent markalı neftin fevral fyuçersləri  $0,09 (0,10%) ucuzlaşaraq bir barelə $86,88-a düşüb.

Saat 9:10-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar ayı üçün fyuçerslərinin qiyməti $0,03 (0,04%) azalaraq bir barel üçün $81,19-a düşüb. Dekabrın 1-də aparılan hərracların nəticələrinə görə, WTI yanvar fyuçerslərinin dəyəri $0,67  (3,01%) artaraq bir barelə $81,22-a çatıb.

Вся лента