“Bank Respublika” “Zolotaya Korona” pul köçürmələri sisteminə qoşuldu

16:59 - 24.10.2017


 “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanda “Zolotaya Korona” pul köçürmələri xidmətinin yeni iştirakçısı oldu.

Xidmətin məlumatında deyildiyi kimi, “Zolotaya Korona” sürətli pul köçürmələri  xidməti  Azərbaycan manatı, ABŞ dolları, avro və Rusiya rublu ilə “Bank Respublika”da reallaşdırılır.

“Köçürmə göndərməsi üçün komissiya haqqı, tranzaksiyanın məbləğindən və istiqamətindən asılı olaraq,  1%-dən başlayan məbləğ təşkil edəcək”, - məlumatda belə deyilir.

“Zolotaya Korona” pul köçürmələri, hesab açılmadan, bir neçə dəqiqə ərzində həyata keçirilir. Köçürmə vəsaitləri dərhal alınır. “Zolotaya Korona – Pul köçürmələri”  xidmətinin infrastrukturu  49 mindən çox bənddən ibarətdir.

 

 

Вся лента