Üç ölkə qaz ittifaqı yarada bilər - Səmərqənddə müzakirə olunacaq

15:50 - 2.12.2022


2 dekabr, Fineko/abc.az. Rusiya, Qazaxıstan və Özbəkistan arasında “üçlü qaz ittifaqı”nın yaradılması məsələsi müzakirə olunacaq.

ABC.AZ xəbər verir ki, sözügedən məsələnin müzakirəsi Rusiyanın baş naziri Mixail Mişustinin Özbəkistana işgüzar səfəri zamanı olacaq.

Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Səmərqənddə jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 28-də Mişustinlə görüşdə, Rusiya, Qazaxıstan və Özbəkistanın iştirakı ilə üçtərəfli ittifaqın yaradılmasının zəruriliyindən danışıb.

Вся лента