Yeddi bankın xüsusi ehtiyatlara ayırmaları artıb - Hesabat

15:01 - 5.12.2022


5 dekabr, Fineko/abc.az.  Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Turan Bank”, “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank” və “Unibank” ASC-lər, eləcə də “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərdir. Ən yüksək dinamika “Access Bank”da (13 dəfə), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan”da (32,7%) qeydə alınıb.

6 bankın – “Kapital Bank”, “Bank Avrasiya”, “Günay Bank”, “Rabitəbank”, “Naxçıvan Bank” və “PAŞA Bank” ASC-lərin isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “PAŞA Bank”da (88%), ən az azalma isə “Kapital Bank”da (28,8%) qeydə alınıb.

4 bankın – “AFB Bank”, “Bank of Baku” və “Bank VTB Azərbaycan” ASC-lərin, eləcə də Pakistan Milli Bankının Bakı filialının xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti artıb. Ən yüksək dinamika Pakistan bankında (2,5 dəfə), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan”da (64,7%) qeydə alınıb. 2 bankın -  “Bank Respublika” və “Yelo Bank”ın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 66,1% və 81,9% azalıb.

4 bank – “Muğan Bank”, “Bank BTB”, “Azər-Türk Bank”, “Premium Bank” ASC-lər bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 3 bank – “Express Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lər, İran Milli Bankının Bakı filialı isə bu ilin 9 ayında xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb. 

Вся лента