Yaxın zamanlarda Şuşaya turist səfərləri başlayacaq – Agentlik sədri

15:57 - 8.12.2022


8 dekabr, Fineko/abc.az. "Yaxın günlərdə Şuşaya turist səfərlərinin başlaması üçün işlərimizi yekunlaşdırmaq üzrəyik".

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, məqsəd Qarabağı turizm destinasiyası kimi tanıtmaqdır:
"Hazırda işğaldan azad olunan ərazilərimizin turizm potensialının qiymətləndirilməsi üçün işlər davam etdirilir".

Вся лента