Gələn ilin dövlət büdcəsi müəyyənləşdi  

09.12.2022,14:56


9 dekabr, Fineko/abc.az  Gələn il dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat təşkil edir.

ABC.AZ xəbər verir ki, bu “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin yeni redaksiyasında öz əksini tapıb.

Müqayisə üçün qeyd edək ki, qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat təklif edilmişdi. Qeyd edək ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirlərinin 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat müəyyənləşdirilməsi ölkə tarixinin ən yüksək göstəricisi hesab olunur. Dövlət büdcəsinin xərcləri də 53 milyon 278 min manat artırılaraq 33 milyard 353 milyon 278 min manat müəyyənləşdirilir.

Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat təklif edilmişdi.