FHN 4 minatəmizləyən robot alıb

15:26 - 9.12.2022


9 dekabr, Fineko/abc.az.  Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə bu gün Prezident İlham Əliyevə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olarkən məlumat verilib.

Вся лента