Azərbaycanda ərzaq qıtlığı gözlənilir?

16:19 - 9.12.2022


9 dekabr, Fineko/abc.az  Azərbaycanda ərzaq qıtlığı ilə bağlı hər hansı problem yoxdur və gözlənilmir. 

ABC.AZ xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin növbəti plenar iclasında deyib.

Baş nazir bunun səbəbini belə izah edib: "Çünki dövlətimiz bu istiqamətdə preventiv tədbirlər görür". Dövlət büdcəsində tənzimləmənin və balansın qorunmasının vacibliyini vurğulayan Baş nazir bildirib ki, dünyada baş verən proseslər, enerji qiymətlərinin artması və digər məsələlər öz mənfi təsirini göstərir. "Bu təsirlərə qarşı gəlmək üçün yeni makrofiskal çərçivə müəyyən olunub. Gələn ilin dövlət büdcəsində şəhid ailələrinin, qazilərin, ümumiyyətlə, həssas qrupdan olan insanlara sosial dəstək tədbirlərinin göstərilməsi nəzərdə tutulur" - deyə Ə.Əsədov bildirib.

Вся лента