“Azərsun”un 30 ton mıhsulu məhv edildi – Yararsız mallar istehsal edirlər?

09.12.2022,17:08


9 dekabr, Fineko/abc.az. “Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında müxtəlif növ qida məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Agentlikdən verilən məlumata əsasən, məhv edilmiş məhsulun ümumi çəkisi 30 ton təşkil edib.
Qeyd edək ki, “Sun Food” MMC “Azərsun Holdinq”ə daxildir.