Azərbaycanda ən çox güzəştli kredit verən Banklar - SİYAHI

11:32 - 14.12.2022


14 dekabr, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu 2022-ci ilin yanvar-noyabr ayları ərzində məbləğ üzrə ən çox güzəştli kredit verən müvəkkil kredit təşkilatlarının siyahısını açıqlayıb.

ABC.AZ Fondun açıqlamasına istinadən xəbər verir ki, sözügedən dövrdə ən çox güzəştli kredit verən bank “Bank Respublika” olub.

Bankların verdikləri güzəştli kredit məbləğlərini siyahı üzrə sizə təqdim edirik:

1. Bank Respublika – 21.7 mln. AZN

2. PAŞA Bank – 13.8 mln AZN

3. Kapital Bank – 13,3 mln. AZN

4. Rabitəbank – 10.5 mln. AZN

5. Yelo Bank – 9 mln. AZN

Müəllif: Elmir Murad

Вся лента