Prezident İlham Əliyev Filippin Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib

19:07 - 11.06.2018


11 iyun, Fineko/abc.az. 

Filippin Respublikasının Prezidenti Zati-aliləri cənab Rodriqo Rao Duterteyə

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə və dost Filippin xalqına ən xoş arzularımı yetirirəm.”

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Вся лента