Azərbaycan Dövlət Aqrar Universitetində "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti" mövzusunda tədbir keçirilmişdir

19:28 - 11.06.2018


11 iyun, Fineko/abc.az. Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri tələbələri üçün Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil müəssisələrinin professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrlərin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda növbəti tədbir keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 10 aprel 2018-ci il tarixli 38 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 11-də Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri tələbələri üçün Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil müəssisələrinin professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrlərin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda növbəti tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov, Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov, Dövlət qulluğu məsələləri üzrə sektorun müdiri Kamil Baxşəliyev də iştirak etmişdir.

Tədbiri giriş nitqi ilə açan Mərkəzin Direktorlar Şurasının sədr müavini B.Xəlilov dövlət qulluğu siyasəti ilə bağlı Mərkəzin funksiyaları barədə məlumat vermişdir. B.Xəlilov qeyd etmişdir ki, dövlət qulluğu sahəsində DİM-in üzərinə düşən əsas fəaliyyət istiqamətlərindən biri də dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən iki təqdimat keçirilmişdir. Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov Mərkəzin dövlət qulluğu sahəsində göstərdiyi elektron xidmətlər barədə, Dövlət qulluğu məsələləri və insan resursları şöbəsinin Dövlət qulluğu məsələləri üzrə sektorunun müdiri Kamil Baxşəliyev isə dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında, karyerada inkişaf və s. barədə məlumat vermişdir.

Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.

Вся лента