Maliyyə Bazarlarına Nəzarət Palatası “Törəmə maliyyə alətləri” mövzusunda seminar keçirib

19:45 - 11.06.2018


11 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Törəmə maliyyə alətləri və inkişaf etməkdə olan ölkələr tərəfindən onlardan istifadə” mövzusunda seminar keçirilib. Təlimdə 30 nəfər bank nümayəndəsi və Palatanın əməkdaşları iştirak ediblər.

Seminar çərçivəsində törəmə maliyyə alətləri anlayışı, növləri və Türkiyənin bank sektorunda onlardan risk menecment aləti kimi istifadəsi mövzularına toxunulub. Bundan əlavə, təlimdə Türkiyə Mərkəzi Bankı və İstanbul Mərkəz Bankçılıq Məktəbinin təşkil etdiyi “İnkişaf etməkdə olan Maliyyə bazarları və Mərkəzi Banklar üçün derivativlər və törəmə maliyyə alətlərindən istifadə” təlim proqramının əhatə etdiyi yeniliklər və beynəlxalq təcrübə təlim iştirakçılarına təqdim edilib.

İştirakçıların sözlərinə görə, təcrübə mübadiləsi və diskussiyalarla zəngin olan təlimdə əldə etdikləri yeni biliklər onların professional inkişafına töhfə verəcəkdir.  

 

Вся лента