Son 11 ayda sahibkarlara 119 milyon manatdan çox kredit verilib

17:14 - 19.12.2022


19 dekabr, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin 11 ayında sahibkarların 2 343 layihəsinin maliyyələşdirilməsi üçün 119,6 milyon manat güzəştli kredit verilib.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

"Verilmiş kreditlər hesabına 2 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur", - M. Cabbarov qeyd edib.

 

Вся лента